Villa Bilgah Boutique Hotel
Yerləşmə Vasitəsi QAYDALARI
Aşağıda göstərilən Yerləşmə Vasitəsi Qaydaları qonaqlarımızı məhdudlaşdırmaqdan çox onları istiqamətləndirmək məqsədi daşıyır. Qonaqlarımızın komfortlu istirahəti bizim üçün 1 nömrəli prioritet olduğunu nəzərə alaraq, əziz qonaqlarımızın edə biləcəkləri və bəzi məhdudiyyətlər arasında bir balans tapmağa çalışırıq. Qaydalarımız qonaqlarımızın mümkün olan ən yaxşı şəkildə qonaqlamasını təmin etmək üçün bir bələdçi olaraq xidmət edir. Məkanın Rəhbərliyi bu Qaydalara əməl etməkdən imtina edən və ya qonşulara və ya digər sakinlərə narahatlıq verən hər hansı bir qonağın və ya ziyarətçinin mülkiyyətdə qalmaq icazəsini ləğv etmək və onları məkandan çıxarmaq hüququnu özündə saxlayır.
1. ÜMUMİ TƏLƏBLƏR
a. Bütün Qonaqlar (həmçinin ziyarətçilər) bütün Yerləşmə Vasitəsi Qaydalarına və Məkanın rəhbərliyinin digər təlimatlarına əməl etməlidirlər.
2. SAKİTLİYƏ RİAYƏT VƏ QONŞULAR İLƏ MÜNASİBƏTLƏR
a. Qonaqlar hər zaman uşaqlarının təhlükəsizliyinə və qorunmasına, eləcə də qonşuluqdakı digər sakinlərə verə biləcəkləri narahatlığa görə tam məsuliyyət daşıyırlar.
b. Qonaqlar və Ziyarətçilər qonşu əmlakın sakinlərini narahat etməmək üçün səs-küyü minimuma endirməlidirlər, xüsusən də gecə saatlarında (23:00 - 08:00), giriş və çıxışları prosesləri zamanı.
3. ZİYARƏTÇİLƏR
a. Qonaqlara qalma müddəti ərzində eyni anda maksimum 2 (iki) Ziyarətçi qəbul etmək icazəsi verilir.
b. Qonaqlar ziyarətçi sayının maksimum həddini aşmamasını və Ziyarətçilərin Yerləşmə Vasitəsi Qaydalarına əməl etməsini təmin etməyə məsuldurlar.
c. Əlavə gecələyən Ziyarətçilər əvvəlcədən sifariş zamanı təsdiqlənməli və qiymətdə qeyd olunduğu kimi əlavə ödənişə cəlb edillə bilər.
4. DAYANACAQ
a. Qonaqlar və hər hansı Ziyarətçilər aşağıda göstərilən dayanacaq qaydalarına və digər tələblərə əməl etməlidirlər və qonşulara və digər nəqliyyat vasitələrinə diqqət göstərməlidirlər.
b. Məkanda dayanacaq qaydaları aşağıdakı kimidir:
i. Hər villa standart olaraq 1 dayanacaq yeri ilə təmin olunur.
ii. Hər əlavə dayanacaq yeri Məkanın Meneceri ilə razılaşdırılmalıdır.
5. TƏHLÜKƏSİZLİK VƏ MÜHAFİZƏ
a. Həm Qonaqlar, həm də Ziyarətçilər hər zaman uşaqlarının təhlükəsizliyinə və qorunmasına tam məsuliyyət daşıyırlar.
6. ÜZGÜÇÜLÜK HOVUZU VƏ CAKUZZİ
a. Üzgüçülük hovuzu yalnız saat 07:00-dan 21:00-a qədər istifadə üçün açıqdır.
b. Cakuzzi hovuzla eyni vaxtda istifadə oluna bilər, lakin əvvəlcədən rəhbərlik tərəfindən təsdiqlənməlidir.
7. İDMAN ZALI
a. İdman zalı yalnız saat 06:00-dan 22:00-a qədər istifadə üçün açıqdır.
b. 16 yaşdan kiçik uşaqlar idman zalına buraxılmır.
8. SİQARET ÇƏKMƏK
a. Villaların içərisində siqaret çəkmək qadağandır.
9. EV HEYVANLARI
a. Villa Bilgah Boutique Hotel-də ev heyvanlarına icazə verilmir.
10. BARBEKÜ
a. Hər hansı mənzilin içərisində, balkonunda və ya terrasda manqal etmək qadağandır. Barbekülər yalnız əvvəlcədən rəhbrəlik tərəfindən təyin olunmuş yerlərdə icazə verilir.
11. KİNO
a. Açıq havada kinoya baxmaq hər hansı vaxtda pulsuzdur. Təyin olunmuş açıq hava kino vaxtı var.
b. Qapalı kinoteatrdan istifadə üçün rəhbərlik ilə razılaşdırılmalıdır.
12. ZƏRƏRLƏR VƏ QIRILMALAR
a. Bütün zərərlər və qırılmalar mümkün qədər tez Əmlak Menecerinə bildirilməlidir. Bunların bildirilməməsi ehtimal ki, təhlükəsizlik depozitindən cərimə çıxılmasına səbəb olacaq.
13. GİRİŞ VƏ ÇIXIŞ PROSEDURLARI
a. Standart giriş vaxtı 14:00 və çıxış vaxtı 12:00-dır.
14. ZƏMANƏT VƏ DEPOZİT SİYASƏTİ
a. Fərdi qonaqlar kredit kartı ilə rezervasiya zəmanəti verirlər.
b. Villa Bilgah Boutique Hotel-də rezervasiya etmək istəyən hər bir qonaq rezervasiyanı təsdiqləmək üçün ümumi məbləğin 50%-ni depozit olaraq ödəməlidir. Depozit kredit kartı, nağd şəkildə ödənilə bilər və ya Bank köçürmədi vasitəsilə həyata keçirilə bilər.
c. Bütün qonaqlara Villa Bilgah qeydiyyat masasında ən azı 300 AZN depozit tələbə irəli sürülür.
15. KOMPLAYENS
a. Qeyd edilmiş Yerləşmə Vasitəsi Qaydalarının hər hansı bir bəndinin pozulması, Yerləşmə İcazəsinə əsasən Yaşayış Vasitəsi Qaydalarının pozulması kimi qiymətləndirilir.
Ən xoş arzularla,
Villa Bilgah Boutique Hotel
Villa Bilgah Boutique Hotel-i rəsmi olaraq Yerləşmə Vasitələri Dövlət Reyestrinə daxil edilmişdir.